• şənbə, 27 Aprel, 10:46
  • Baku Bakı 12°C

Sərhəddə növbəti görüş 

08.03.24 00:21 2714
Sərhəddə növbəti görüş 

Azərbaycanla Ermənistan arasında sərhəddə hər iki ölkənin baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və hər iki komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb. Habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.
Onlar, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

 

banner

Oxşar Xəbərlər