“Real” müqaviləni uzatdı, ildə 70 milyon alacaq
"Real” titul sponsoru "Fly Emirates” şirkəti ilə müqaviləni uzadıb.
Kaspi.az xəbər verir ki, tərəflər 2022-ci ilə qədər əməkdaşlıq
edəcəklər. Yeni müqaviləyə görə, titul sponsorunun ödəyəcəyi məbləğ də artırılıb.
Birləşmiş Ərəb Əmirliklərinin kompaniyası bundan sonra "kral klubu”na
ildə 70 milyon avro ödəyəcək. "Real” "Fly Emirates”lə 2013-cü ildən əməkdaşlıq
edir.