• şənbə, 14 Iyun, 18:34
  • Baku Bakı 28°C

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib - Yenilənib

27.01.17 11:50 1194
Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib - Yenilənib
Azərbaycan prezidentiİlham ƏliyevDünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd edib.

Prezidentİlham Əliyevbildirib ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlət başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğulayıb.

Prezidentİlham ƏliyevAzərbaycan gömrük sisteminin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını deyərək ölkəmizdə regional gömrük strukturlarının, o cümlədən tədris mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan K. Mikuriya isə bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd edib. O, bu sahəyə verdiyi dəstəyə görə prezidentİlham Əliyevə minnətdarlığını bildirib. Dünya Gömrük Təşkilatının baş katibi ölkəmizdə gömrük sahəsində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edərək Bakıda keçirilən "İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda konfransın əhəmiyyətini vurğulayıb.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər