Onlar üçün ÇL fevralda başlayır - Mourinyo
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar
Liqasının qrup mərhələsinin ilk turunda "Bazel”lə keçirilən oyundan (3:0) sonra
fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo böyük klubların ÇL qarşılaşmaları
barədə də danışıb. O, "Barselona”, "Real” kimi klublar üçün ÇL-in fevralda
başlayacağını vurğulayıb:
"Real”, "Barselona”, "Bavariya” kimi klublar üçün Çempionlar Liqası
fevralda başlayacaq. İndi isə onlar məşq edirlər. Fevralda ingilis klubları
"Milad ağılsızlığı” ilə mübarizə apararkən, onlar döyüşə fiziki cəhətdən hazır
olacaqlar.
Biz isə hələ pley-off mərhələsinə yüksəlməliyik. Bunu etdikdən sonra
isə böyük klublara qarşı oyunlardan zövq ala bilərik”.