• çərşənbə axşamı, 17 iyun, 07:28
  • Baku Bakı 21°C

Cənub Qaz Dəhlizinə ilk qaz vurulub

29.05.18 11:15 739
Cənub Qaz Dəhlizinə ilk qaz vurulub
Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevkəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.
Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
İyunun 12-də ƏskişəhərdəTANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
banner

Oxşar Xəbərlər