“Bacanaqlar”ın yalnız adı qalacaq

Telekanallar adətən hər dəfə mövsümü açanda yeniliklər etdiklərini söyləsələr də, hər zaman eyni mövzulu verilişlərin izləməli oluruq. Ötən mövsümdə isə Prezident İlham Əliyevin seriallarla bağlı imzaladığı sərəncam telekanallarda yayımlanan seriallara diqqəti daha çox yönəltdi. Düzdür, çəkilən serialların keyfiyyətindən narazı fikirlər səslənsə də, hər halda bunu yeni addım kimi qiymətləndirənlər də çox oldu. Yerli serialların inkişafı və daha da təkmilləşməsi üçün ölkə başçısı ikinci dəfə yeni bir sərəncam imzalayaraq telekanallara yenidən maliyyə ayırdı. Yeni mövsümdə ayrılacaq maliyyə ilə serialların sayının çoxalacağı və daha keyfiyyətli serialların çəkiləcəyi gözlənilir. Bu mövsümlə bağlı tamaşaçıların və kino mütəxəssislərinin rejissorlardan və televiziyalardan gözləntiləri böyükdür.
2 aydan sonra yeni mövsümə qədəm qoyacaq televiziyalar yeni layihələr, verilişlərlə tamaşaçıların diqqətini çəkməyə və daha böyük auditoriya qazanmağa çalışırlar. Bəziləri bu istiqamətdə işlərini bitirsə də, yeni layihələr üzərində çalışan telekanallar da var. Hazırda telekanallarda yeni mövsüm üçün çəkiləcək serialların müzakirələri və seçim turları keçirilir. Bəs görəsən yeni mövsümdə tamaşaçıları nələr gözləyir? Çəkilən serillarımızda hansı yeniliklər olacaq?
Ötən mövsüm ən çox reytinq qazanan “Pərvanələrin rəqsi” serialının rejissoru Rövşən İsax bizimlə söhbəti zamanı bu mövsüm də tamaşaçıların könlünü oxşayacaq yeni bir serialın işıq üzü görəcəyini söylədi: “Artıq yeni serial üzərində çalışırıq. Serial ATV telekanalında yayımlanacaq. Serialın adını hələ tam dəqiqləşdirməmişik, ancaq bizim əsas variantımız “Sonuncu fəsil”dir. Ola bilər ki, serialın adı yayımlanan zaman dəyişilsin. Serialda iştirak edən aktyorların siyahısı hələ tam dəqiq deyil, ancaq 4 aktyor dəqiqləşib ki, bunlar Ramiz Novruz, İlqar Cahangir, Şövqi Hüseynov və Rauf Daşdəmirovdur. Bir neçə aktrisa və aktyorlar da var ki, adlarını indidən demək istəmirəm. Çünki bu və ya digər səbəbdən onların isimləri də dəyişə bilər. Serialda səslənən mahnıların bəstəsi Nailə Mirməmmədliyə məxsus olacaq. Serialın ssenarisini isə Əyyub Qiyas və Vüqar Əmirovla birlikdə yazırıq. Bu dəfəki serialın mövzusu da ailə dramından bəhs edəcək. Biz bu serialı Milli Televiziya və Radio Yayım Şurasının ayırdığı pulla çəkmirik. Filmin maliyyə dəstəyi ATV telekanalınındır. Belə ki, serial ATV-nin sifarişi əsasında çəkilir”.
Çəkildiyi ilk andan etibarən böyük etirazlara səbəb olan, ancaq reytinqlərə görə ən ön cərgələrdə yer alan “Qayınana” serialının bu mövsüm yekunu gözlənilsə də, seriala yekun vurulmadı. Serialın rejissoru Rüfət Şahbzaov bizə yeni mövsümdə bir çox dəyişikliklər olacağını və bu barədə hazırda danışıqlar getdiyini, yaradıcı heyətlə bir sıra müzakirələr apardıqlarını söylədi. Belə ki, rejissor tamaşaçılara yeni mövsümdə yenilikləri gözləmələrini tövsiyə etdi.
Artıq 4 ildir ki, yayımlanan, komediya üzərində qurulmuş “Bacanaqlar” serialı bu il də öz yenilikləri ilə tamaşaçılarını sevindirməyi düşünür. Serialın baş qəhrəmanı və ssenari müəllifi Elməddin Cəfərov söhbətimiz zamanı serialın yalnız adının qalacağını və bundan başqa serialda hər şeyin dəyişəcəyini söylədi: “Yay mövsümünü başa vurduq. “Bacanaqlar” adı artıq brend olub, adını dəyişmək istəmirəm. Serial heyətinin əksəriyyəti ilə sağollaşdıq. Hazırda bir neçə məşhur simaya təklif göndərmişik. Sentyabrda serialımızın 4 ili tamam olur. Bunu təmtəraqlı şəkildə qeyd edəcəyik. Serialın məkanı, ssenarisi dəyişəcək. Buraya təzə aktyorlar, yeni simalar dəvət olunacaq. Serialda yer alan ofisiant və başqa obrazlarla vidalaşdıq. Tamaşaçılar yenə də bizdən yeniliklər gözləsinlər. Çünki biz yeniliyi sevirik”.
Görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” əsərinin motivləri əsasında eyniadlı serial da çəkilir. Ekran əsəri gənc cütlüyün faciəvi həyat hekayəsindən bəhs edir. Yenicə ailə qurmuş Gültəkinlə Aydın həyatın onlar üçün yaratdığı maneələrə tab gətirməyə çalışırlar. Şamxal Həsənlinin təqdimatında hazırlanan serialı alman və gürcülərdən ibarət heyət çəkir. Serialın rejissoru türkiyəli Enes Hakan Tokyaydır. Baş rolları aktyorlar Əflatun Abdullayev və Aysel Bayramova oynayacaq. Digər rollarda Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Gülər Nəbiyeva və başqaları çəkilir. Serialın musiqisini fransız bəstəkar Pyer Thilloy yazır. 20 seriyadan ibarət olan serialın oktyabr ayında təhvil verilməsi nəzərdə tutulub.
Bundan əlavə, başqa bir yeni teleserialın çəkilişlərinə də hazırlıq gedir. “Çaqqal nəfəsi” adlanacaq teleserial İran kinematoqrafçıları tərəfindən istehsal olunacaq. Filmin rejissoru Babək Şirinsifətdir. Serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Kriminal melodram janrında olan serialın əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsadüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının həbsxanadan çıxdıqdan sonra başına gələnlər nəql olunur. Və keçmişdə biznes fəaliyyətilə məşğul olub, kimlərsə tərəfindən şərlənərək həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadın öz günahsızlığını sübut etməyə çalışır.
“Biz bir komanda düzəldib planlaşdırdığımız serialın ilk hisəsini çəkmişik. Serialin ssenari müəllifi Arzu Soltandı. Hələlik telekanallarla danışıqlar gedir. Bu barədə indi ətraflı məlumat vermək hələ tezdir. Hazırda seriallarla yanaşı, filmlər də çəkilir və biz də əsasən bu işlə məşğuluq” - Senari Mərkəzinin rəhbəri İntiqam Hacılı yeni mövsümə hazırlıqlarla bağlı bizə bunu bildirdi. Əlavə etdi ki, EL Televiziyası, Nova Qorica Kino Mərkəzi və Ssenari Mərkəzi birlikdə “Tbiliso” adlı qısametrajl film istehsal ediblər. Film Türkiyədə montaj olunub və hazırda səs üzərndə işlənilir: “Filmi payızda tamaşaçılara və mətbuata təqdim etməyi düşünürük. Filmin quruluşçu rejissoru Tahir Əliyev, ssenari müəllifi və ikinci rejissoru mənəm, prodüseri isə İqbal Məmmədəliyevdir. Filmdə Cəmilə Tağızadə, Eşqin Əhmədov, Şəhla Nağılı, Ella Yaqubova, Elşən Məmmədov çəkiliblər”. İ.Hacılı bildirdi ki, flmin mövzusu atası azərbaycanlı, anası gürcü olan Naninin Rusiya-Gürcüstan müharibəsi dövründəki həyatından bəhs edir. Tiflisə bomba atılacağından ehtiyatlanan ana qızı Nanini Yevlaxa - nənəsinin yanına göndərir: “Filmin əsas mahiyyəti də bundan sonra başlayır. 17 yaşlı Nani özünə yad mədəniyyətlə, həyat tərzi ilə qarşılaşır. Nani daim Tiflis şəhərini fikirləşir. O, öz doğma şəhərini atmaq istəmir. Nani düşünür ki, Tiflisə bomba düşsə belə, oranı tərk etmək düzgün deyil. Filmin insanlara verdiyi mesaj odur ki, müharibələr zamanı insanlar öz şəhərlərini, vətənlərini tərk etməli deyil”.
Digər bir qısametrajlı film isə “Piknik” adlanır. İ.Hacılının bildirdiyinə görə, bu, Ssenari Mərkəzinin təşkil etdiyi Kino Atelyesnin ssenari və aktyorluq kursunun məzunlarının birgə layihəsidir. Filmin ssenari müəllifləri Əfsanə Əliyeva və Günel Bağıyevadır. “Piknik”in çəkilişləri iyul ayında tamamlanacaq.
Zənnimcə, bu mövsüm tamaşaçılarımızın marağı, əsasən Türkiyənin Kanal D televiziyasında yayımlanaacaq azərbaycanlı oğlanla erməni qızının sevgisindən bəhs edən filmə yönələcək. Filmdə Məryəm Üzərli və Kıvanç Tatlıtuğun rol alacağı söylənilir. Azəri oğlanı K.Tatlıtuğ canlandıracaq.
Xəyalə Rəis