Özünü zombi kimi aparır
PSJ-nin
futbolçusu Anxel Di Mariyanın səhhəti qaydasında deyil.
Kaspi.az xəbər
verir ki, PSJ-nin həkimləri onun səhhəti ilə bağlı narahatdırlar. Artıq həkimlər
məsələ ilə bağlı rəhbərliyi məlumatlandırıblar.
Argentinalı
futbolçu yuxusuzluqdan və depressiyadan əziyyət çəkir. Məlumata görə,
futbolunun belə hala düşməsinə, koronavirusa epidemiyası ucbatından çempionatın
dayanması səbəb olub.
Di Mariyanın həyat
yoldaşı yaxınlarına bildirib ki, futbolçu özünü zombi kimi aparır. Fransa
çempionatı koronavirusa görə yarımçıq dayandırılıb və PSJ çempion elan edilib.