Üzr istədilər, məvacibi özləri ödəyəcəklər
"Liverpul”
məzuniyyətə göndərdiyi əməkdaşlarının məvacibini özü ödəyəcək.
Kaspi.az
xəbər verir ki, İngiltərə qanunlarına görə, koronavirusa görə işsiz qalan vətəndaşların
məvacibinin 80 faizini dövlət ödəyir. "Liverpul” rəhbərliyi də bundan
yararlanaraq martın 4-də əməkdaşlarını qeyri-müəyyən müddətə məzuniyyətə göndərmişdi.
Amma klubun
bu addımı fanatlar tərəfindən böyük etirazla qarşılanmışdı. Onlar "Liverpul” rəhbərliyini
vergi ödəyicilərinin vəsaitindən yararlanmaqda ittiham etmişdilər.
Klubun
sabiq futbolçuları da bildirmişdilər ki, böyük gəlirləri olan "Liverpul”un bu
addımı qeyri-etikdir. Bu tənqidlərdən sonra klub rəhbərliyi bəyanat yayaraq üzr
istəməli olub. Bəyantda bildirilir ki, məzuniyyətə göndərilən əməkdaşların məvacibi
tam olaraq klub tərəfindən ödəniləcək:
"Biz
hesab edirik ki, ötən həftə düzgün qərar verməmişik. Buna görə hər kəsdən üzr
istəyirik”.
İngiltərə
çempionatı koronavirusa görə dayandırılıb. "Liverpul”un çempion olması üçün 2
qarşılaşmada qələbəyə ehtiyacı var. Komanda 1990-cı ildən bəri çempion ola
bilmir.