• cümə, 26 Aprel, 23:40
  • Baku Bakı 22°C

“Xeyli futbolçu gey olduğunu etiraf etmək istəyir, amma...”

06.02.20 12:47 2484
“Xeyli futbolçu gey olduğunu etiraf etmək istəyir, amma...”
"Sampdoriya” və İsveç yığmasının futbolçusu Albin Ekdal dünya futbolunda homoseksuallıqla bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Albin futbolda belələrinin çox olduğunu bildirib. Amma vurğulayıb ki, onlar cəmiyyətin mənfi reaksiyasından çəkinərək, bunu etiraf etməyə cəsarət etmirlər:
"Peşəkar bir oyunçu olaraq başa düşürəm ki, avropalıların homofobiya problemi ilə bağlı məlumatlılığının artırılmasına töhfə vermək lazımdır. Yalnız səkkiz futbolçu qeyri-ənənəvi cinsi oriyentasiyalı olduğunu etiraf edib.
Bilirəm ki, xeyli futbolçu gey olduğunu etiraf etmək istəyir, amma cəmiyyətin reaksiyasından çəkinirlər. bu futbolçular daim gizlənmək, tənha olmaq, qorxu içində yaşamaq məcburiyyətindədirlər.
Biz maarifləndirməni gücləndirməliyik ki, bu yöndə müsbət dəyişikliyə nail ola bilək. İdeal dünyada kimsə gey olduğunu etiraf etdikdən sonra özünə qarşı kin, nifrət, təhlükə hiss etməməlidir”.
banner

Oxşar Xəbərlər