Xavi ilə anlaşdılar
Böyük ehtimalla,
"Barselona”da baş məşqçi dəyişikliyi gerçəkləşəcək.
Kaspi.az xəbər
verir ki, "Barselona” rəhbərliyi klubun sabiq futbolçusu Xavi ilə razılıq əldə
edib. Xavi hazırda Qətərin "Əl-Sədd” klubunu çalışdırır.
O, klub nümayəndələri
ilə müzakirələrdən sonra təklifi qəbul edib. Amma onun işə nə vaxt başlayacağı
bəlli deyil. Hazırkı baş məşqçi Kike Seten ya mövsümün gedişində, ya da sonun
da istefaya göndəriləcək.
Xavinin
"Barselona”da ildə 6 milyon avro məvacib alacağı da bildirilir.