AZE | RUS | ENG |


Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyib

Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyib
İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının doqquzuncu günündə kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı oynanılıb.

AZƏRTAC xəbər verir ki, Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.

Budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanan Bolt fəal idman həyatı ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002