• cümə, 26 Aprel, 08:31
  • Baku Bakı 12°C

Türkü qovurlar - Xorvatı gətirirlər

01.05.17 14:20 985
Türkü qovurlar - Xorvatı gətirirlər
Leverkuzen "Bayer”inin rəhbərliyi komandanın nəticələrindən narazıdı.
Kaspi.az xəbər verir ki, uğursuz çıxışa görə, rəhbərlik komandanın baş məşqçisi Tayfun Korkutla yolları ayırmağı planlaşdırır. Məlumata görə, bu qərar "Şalke”yə 1:4 hesablı məğlubiyyətdən sonra verilib.
Mövsüm başa çatan kimi türk mütəxəssislə yollar ayrılacaq. Onun yerinə iki əsas namizəd var. Rəhbərlik "Nitsa”nın baş məşqçisi Lyusen Favr və ya "Vest Hem”in çalışdırıcısı Slaven Biliçə stavka etmək niyyətindədir.
Korkut "Bayer”ə bu ilin mart ayından başçılıq edir. Komanda 36 xalla 12-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər