Türkü göndərib, onu gətirirlər
Leverkuzen "Bayer”i Dortmund "Borussiya”sının baş məşqçisi Tomas
Tuxelin xidmətində maraqlıdır.
Kaspi.az xəbər verir ki, "Bayer” rəhbərliyi Tuxel üçün müqavilə
şərtləri hazırlayıb. Məlumata görə, şərtlər mütəxəssisə təqdim edilib.
Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, Tuxel mövsümün
sonunda "Borussiya”nı tərk edəcək. Onu "Nitsa”nın çalışdırıcısı Lyusen Favrın
əvəz edəcəyi deyilir.
"Bayer”ə hazırda türk məşqçi Tayfun Korkut rəhbərlik edir.