• cümə, 26 Aprel, 20:10
  • Baku Bakı 22°C

Salonu ayağa qaldırdı, onunla selfi çəkdirdi

03.12.19 13:45 486
Salonu ayağa qaldırdı, onunla selfi çəkdirdi
Parisdə "Qızıl top” mükafatının təqdimatı keçirilib.
Kaspi.az xəbər verir ki, mərasimin aparıcısı "Çelsi”nin sabiq futbolçusu Didye Droqba olub. Droqba özünün olduqca sərbəst aparıb, davranışı və fikirləri ilə mərasimə rəng qatıb. O, Kilian Mbappe ilə bağlı yaşanan hadisəni də danışıb:
"10 il əvvəl "Çelsi”nin "Barselona” ilə oyunundan sonra bir uşaq mənə yaxınlaşıb selfi çəkdirmək istədiyini bildirdi. Onda nəticə mənə pis təsir etdiyi üçün onun xahişini qəbul etmədim. Sonralar isə bildim ki, həmin uşaq Kilian Mbappe” olub”.
Bundan sonra Droqba bildirib ki, 10 il əvvəlki səhvini düzəltmək istəyir. O, salona müraciət edərək hamının ayağa qalxmasını və Kilianla çəkdirəcəyi tarixi selfidə yer almalarını istəyib. Bütün salon onun bu istəyini yerinə yetirib.
banner

Oxşar Xəbərlər