Ruslar 1 milyon avro verdilər, türklər “yox” dedilər
Rusiyanın ÇSKA
klubu "Beşiktaş”ın hücumçusu Larini transfer etmək istəyir.
Kaspi.az xəbər
verir ki, ruslar "Beşiktaş”a rəsmi təklif də göndəriblər. Onlar futbolçu üçün 1
milyon avro verməyə hazır olduqlarını bildiriblər.
Ancaq türklər bu
təklifdən imtina ediblər. amma tərəflər arasında müzakirələrin davam etdiyi
bildirilir.
25 yaşlı hücumçu
ötən mövsümü icarə əsasında Belçika "Sulte-Varegem”ində keçirib. Müqavilənin şərtlərinə
görə, Belçika klubu iyunun sonuna qədər 2,5 milyon avro ödəsə, futbolçunu ala
bilər.
Kanadlı
futbolçunun "Beşiktaş”la müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Məlumata görə, ruslar ona ildə 1,7 milyon avro məvacib vəd ediblər.
O, Belçika çempionatında keçirdiyi 29 oyunda 7
qol vurub, 5 qol ötürməsi edib.