• cümə, 26 Aprel, 13:12
  • Baku Bakı 23°C

“Real”la oyun üçün Mourinyodan “avtobus” istəyəcək

13.12.17 12:10 2349
“Real”la oyun üçün Mourinyodan “avtobus” istəyəcək
Klublararası dünya çempionatının yarımfinalında "Real”la qarşılaşacaq "Əl-Cəzirə”nin baş məşqçisi Henk ten Kate fikirlərini bölüşüb.
Kaspi.az xəbər verir ki, Kate "Real”la oyuna görə "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya müraciət edəcəyini bildirib. O, Mourinyodan bir neçə "avtobus” istəyəcəyini deyib:
"Bizə üç "avtobus” lazım olacaq. Ola bilsin ki, onlardan bir neçəsini Mourinyodan istəyim. Realist olmaq lazımdı. Bizim qələbə qazanmaq imkanımız olduqca azdı.
Komandalar arasında səviyyə fərqi çox böyükdür. Ancaq komandam sona qədər mübarizə aparacaq. Futbolçularımın əlavə motivasiyaya ehtiyacı yoxdur. Xüsusən də gənclərin. Bəzi futbolçularımız üçün bu qarşılaşma həyatlarının ən böyük oyunu olacaq”.
"Əl-Cəzirə” - "Real” oyunu bu gün keçiriləcək.
banner

Oxşar Xəbərlər