“Real”ın azarkeşlərinin səviyyəsinə enəcəksiniz?
"Atletiko”nun baş məşqçisi Simeone komandanın azarkeşlərinə iradını
bildirib.
Kaspi.az xəbər verir ki, "Real Sosyedad”la oyunda azarkeşlərin
dəstəyi Simeoneni qane etməyib. O, fanatlara irad bildirməklə yanaşı, "Real”
azarkeşlərini də "sancıb”. Simeone qarşılaşmanın gedişində üzünü tribunaya
tutaraq belə deyib:
"Uşaqlar, hərəkət edin. Sizə nə olub, yatıbsınız? Çox az vaxt qalıb.
Komandanı dəstəkləyin. Siz "Real”ın azarkeşlərinin səviyyəsinə enəcəksiniz?
Sendviç yeməkdən əl çəkin və qışqırın”.
"Atletiko” "Real Sosyedad”a qalib gəlib - 1:0.