Qızıl kubokda sensasiya, son qalib getdi
KONKAKAF-ın Qızıl kuboku yekunlaşmaq üzrədi.
Kaspi.az xəbər verir ki, artıq turnirin ikinci finalçısı da bəllidir.
İkinci yarımfinal qarşılaşmasında Meksika ilə Yamayka üz-üzə gəlib.
Yamayka yığması gözlənilmədən Meksikaya qalib gələrək (1:0), finala
adlayıb. Qarşılaşmada yeganə qolu oyunun 88-ci dəqiqəsində Kemar Lourens vurub.
İyulun 27-də keçiriləcək final qarşılaşmasında Yamaykanın rəqibi ABŞ
yığması olacaq. Meksika turnirin son qalibi idi.