AZE | RUS | ENG |


“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib
Ağdamın "Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin sentyabrın 12-də qrup mərhələsi çərçivəsində Londonda səfərdə oynayacağı "Çelsi” klubu İngiltərə Premyer Liqasında "Lester”lə üz-üzə gəlib. "Çelsi” 2:1 hesabı ilə səfərdə rəqibinə qalib gələrək aktivinə üç xal əlavə edib. Hazırda dörd oyundan sonra doqquz xal toplayan "Çelsi” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Azərbaycan çempionunun qrup mərhələsindəki digər rəqibinin - İspaniyanın "Atletiko Madrid” komandasının səfərdə "Valensiya” ilə görüşü heç-heçə yekunlaşıb. Üç oyundan sonra beş xala malik "Atletiko Madrid” İspaniya La Liqasında beşinci sırada qərarlaşıb.

"Qarabağ” klubunun qrup mərhələsində öz meydanında sentyabrın 27-də Bakıda qarşılaşacağı İtaliyanın "Roma” komandasının "Sampdoriya” ilə səfər matçı isə əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixə təxirə salınıb. Hazırda iki oyundan sonra üç xala malik "Roma” İtaliya çempionatında 10-cu yerdədir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002