“Qara Klopp”la “Qara Qvardiola” axtarırlar
İngiltərə
Premyer Liqasının rəhbərliyi klublarda qaradərili mütəxəssislərin də işləməsi
üçün layihə hazırlayır.
Kaspi.az
xəbər verir ki, ingilislər Amerikadakı "Runi qaydası”ndan yararlanmaq niyyətindədirlər.
"Çelsi”nin sabiq futbolçusu Eniola Aluko bu məsələ ilə bağlı danışıb. O, İngiltərədə
tətbiq ediləcək sistemi dəstəklədiyini bildirib:
"Hesab
edirəm ki, sistemin tətbiq etdiyi 30 faiz yaxşı variantdır. Bu variantın klub sahiblərinin
xoşuna gəlib-gəlməyəcəyini deyə bilmərəm. Ancaq onu bilirəm ki, bu, futbola
lazımdır.
Amma elə
çıxmasın ki, biz nəyin bahasına olursa-olsun qaradərili mütəxəssisin işləməsinə
cəhd göstəririk. Yox, belə olmamalıdır. Hesab edirəm ki, istedadlı insanlar var
və onlar iş tapmaqda çətinlik çəkməməlidirlər.
Biz
"Qara Klopp”, "Qara Qvardiola” axtarırıq. Onlar var, amma axtarmasaq tapa bilmərik.
Ona görə də, bu axtarış üçün yol müəyyənləşdirməliyik”.
İngiltərə
Premyer Liqasında qaradərili məşqçi işləmir.