Prezident təsdiqlədi - Argentina yığmasını o çalışdıracaq
"Sevilya”nın baş məşqçisi Xorxe Sampaolinin Argentina yığması ilə
müqavilə bağlayacağı barədə yayılan məlumat təsdiqlənib.
Kaspi.az xəbər verir ki, məlumatı Argentina Futbol Federasiyasının
prezidenti Klaudio Tapiya təsdiqləyib:
"Biz yığmanın yeni baş məşqçisi kimi Sampaolini seçdik. Ancaq
"Sevilya” ilə də yaxşı münasibətlərimizi qorumaq istəyirik. Ona görə də bu
məsələ ilə bağlı danışıqlara İspaniya çempionatı başa çatandan dərhal sonra
başlayacağıq”.
Sampaolinin "Sevilya” ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Müqavilə şərtlərinə görə, Sampaoli 1,5 milyon avro kompensasiya müqabilində
müqaviləyə xitam verə bilər.