• cümə, 26 Aprel, 22:46
  • Baku Bakı 22°C

Portuqaliyada qalmaqal - “Benfika”nı cadugər çempion edib

29.06.17 12:30 892
Portuqaliyada qalmaqal - “Benfika”nı cadugər çempion edib
Portuqaliya futbolunun nəhəngləri - "Portu” və "Benfika” arasında qalmaqal yaşanır.
Kaspi.az xəbər verir ki, "Portu” "Benfika”nı çempionluğu təmiz mübarizə şəraitində əldə etməməkdə ittiham edir. "Portu”da hesab edirlər ki, "Benfika” rəhbərliyi cadugərin xidmətindən yararlanıb.
Məlumata görə, "Benfika” Qvinea-Bisaudan olan cadugər Armandu Naqiyə müraciət edibmiş. Cadugər "Benfika”nın hər uğurlu oyununa görə haqq alırmış. Klub çempion olduqdan sonra isə onun hesabına 100 min avro keçirilib.
Cadugər Çempionlar Liqasının qrup mərhələsində hər qələbəyə görə 10, pley-offdakı uğura görə isə 30 min dollar irəli düşüb.
"Portu” rəhbərliyi prokurorluqdan məsələnin araşdırılmasını tələb edir. "Benfika” tərəfi isə hələ məsələyə münasibət bildirməyib.
banner

Oxşar Xəbərlər