• çərşənbə, 08 May, 04:18
  • Baku Bakı 13°C

Portuqaliya Avropa çempionu oldu

11.07.16 02:26 1572
Portuqaliya Avropa çempionu oldu

AÇ-2016-nın final matçı oynanılıb. Turnir Portuqaliya – Fransa matçı ilə yekunlaşıb.

Matça Fransa millisi fəal başlasa da, cəhdlər nəticə verməyib. Üstəlik Portuqaliya millisi artıq oyunun əvvəlində ciddi itki ilə üzləşib. 17-ci dəqiqədə Payetlə mübarizədə dizindən zədələnən Ronaldo bütün cəhdlərinə baxmayaraq görüşü davam etdirə bilməyib.

Ulduz futbolçu 25-ci dəqiqədə Quaresma ilə əvəzlənib.

İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci hissə isə maraqsız və darıxdırıcı keçib.

Görüşün taleyinə isə əlavə olunmuş vaxtda aydınlıq gəlib. Matçın 109-cu dəqiqəsində Ederin zərbəsi dəqiq olub.

Buqol qarşılaşmada yeganə olub və Portuqaliya millisi qitə çempionluğunu bayram edib.

Avropa çempionatı
Final
10iyul

Portuqaliya -Fransa - 1:0 (əlavə vaxt)
Qol:Eder, 109

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi:Qyorgi Rinq (Macarıstan)
UEFA nümayəndələri:Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)
Sen-Deni. "Stad de Frans”

Portuqaliya:1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo (20. Rikardo Quaresma, 25), 10. Joa Mario, 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular:12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya,13. Danilo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu,

Fransa:1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti
Ehtiyat oyunçular:16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne, 20. Kinqsli Kuman
banner

Oxşar Xəbərlər