• cümə, 26 Aprel, 12:28
  • Baku Bakı 23°C

Onun yerinə namizədlər bəllidir

25.11.19 13:21 435
Onun yerinə namizədlər bəllidir
"Arsenal”ın baş məşqçisi Unai Emeri postunu tərk edə bilər.
Kaspi.az xəbər verir ki, "arsenal” rəhbərliyi "Sautqempton”la oyundan (2:2) sonra qəti addım atmaq haqda düşünür. Rəhbərlik Emeri ilə yolları mövsümün sonunda ayırmağı planlaşdırırdı. Ancaq komandanın bərbad çıxışı onları fikirlərini dəyişməyə məcbur edib.
Artıq Emerinin yerinə namizədlərin adları da bəlli olub. "Topçular”ın siyahısında Massimiliano Alleqrinin, "Arsenal”ın sabiq kapitanı, hazırda Xosep Qvardiolanın köməkçisi olan Mikel Arteta və "Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettinonun adları var.
Artıq bu mütəxəssislərlə danışıqlara başlandığı barədə də məlumat yayılıb. "Arsenal” 13 turdan sonra liderdən 19 xal geri qalır və 8-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər