Onu “Bavariya”ya satmayacaqlar
Dortmund "Borussiya”sının rəhbərliyi Pyer-Emerik Obameyanqı satmağa
razıdır.
Kaspi.az xəbər verir ki, rəhbərlik hücumçunu əzəli rəqib "Bavariya”ya
satmayacaq. Dortmundlular Münhen nəhəngini daha da gücləndirmək niyyətində
deyillər. Bu barədə mətbuata verdiyi açıqlamda "Borussiya”nın icraçı direktoru
Hans-Yoahim Vatsek məlumat verib:
"Əgər "Real” və ya "Barselona” rəsmi təklif göndərsə, biz onu
müzakirə etməyə hazırıq. Ancaq Obameyanqı "Bavariya”ya buraxmayacağıq”.
Qabonlu hücumçunun qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında
bitir.