Onu başı çox böyükdür?
"Mançester Yunayted”in skautları "Real”ın futbolçusu İskonu
izləyiblər.
Kaspi.az xəbər verir ki, skautlar İsko hələ "Malaqa”da olarkən, onu
nəzarətdə saxlayıblar. Ancaq İskonu izləyən skautun raportu MY rəhbərliyinə
əsas verib ki, futbolçunun transferindən imtina etsinlər. Raportda belə
yazılıb:
"O, yaxşıdı, amma o qədər də sürətli deyil. Üstəlik onun başı da
bədəninə uyğun deyil, bir qədər böyükdür”.
Nəticədə, İsko 2013-cü ildə "Malaqa”dan "Real”a transfer olunub. Bir
neçə günə əvvəl "Real”la "Mançester Yunayted” arasında keçirilən UEFA
Superkuboku uğrunda qarşılaşmada (2:1) İsko oyunun ən yaxşısı seçilmişdi.