• cümə, 26 Aprel, 20:40
  • Baku Bakı 22°C

“Onlar çox pul sərf ediblər” deyir, amma özləri də...

17.12.19 14:30 500
“Onlar çox pul sərf ediblər” deyir, amma özləri də...
Çempionlar Liqasının 1/8 finalında "Real” "Mançester Siti” ilə qarşılaşacaq.
Kaspi.az xəbər verir ki, "Real”ın direktoru Emilio Butrageno püşkatma barədə danışıb. O, "Siti”yə qalib gələcəklərinə inandığını bildirib:
"Onlar çox pul sərf ediblər, amma biz də "Real”ıq. Biz istənilən rəqibə qarşı dayanmağa hazırıq.
"Real” belə qarşılaşmalara öyrəşib. Azarkeşləri mükəmməl qarşıdurma gözləyir. İnanıram ki, "Real” qalib gələcək”.
Maraqlıdır ki, bu ilin yayında "Real” transferlərə 307, "Siti” isə 168 milyon avro xərcləyib.
Komandalar arasında ilk qarşılaşma fevralın 26-da Madriddə, cavab oyunu isə martın 17-də Mançesterdə keçiriləcək.
banner

Oxşar Xəbərlər