• çərşənbə, 08 May, 17:11
  • Baku Bakı 16°C

Neymara bəraət verildi

26.07.17 16:10 963
Neymara bəraət verildi
Neymar artıq rahat şəkildə növbəti mövsümə hazırlaşa bilər.
Kaspi.az xəbər verir ki, "Barselona”nın futbolçusu məhkəmə çəkişməsindən qalib ayrılıb. Məhkəmənin qərarı ilə Neymar, atası, agenti və "Barselona”nın sabiq prezidenti Sandro Rosel günahsız elan olunublar.
Onlar, Neymar "Santos”dan "Barsa”ya transfer olunarkən sənədləri saxtalaşdırmaqda, vergidən yayınmaqda ittiham olunurdular. Neymarın atası məsələyə belə münasibət bildirib:
"Biz bu qərarı böyük sevinclə qarşıladıq. İş rəsmən bağlanıb. İttihamlar 4 il sürdü. Bu müddətdə hər birimizin ailələrində gərginlik yaşandı”.
İnvestisiya fondu DIS Neymarın "Santos”dan "Barsa”ya keçidi zamanı transfer qiymətinin azaldıldığını iddia edərək, tərəfləri məhkəməyə vermişdi. Bu fond Neymarın transfer hüququnun 40 faizinə sahib idi. Fond iddia edirdi ki, transfer qiyməti saxtalaşdırıldığı üçün az məbləğ alıblar.
banner

Oxşar Xəbərlər