Neymar onun başını niyə daz qırxıb?
Braziliya yığmasının lideri Neymar "Monako”nun futbolçusu Jorjenin
millidə debütünü qeyri-adi tərzdə təbrik edib.
Kaspi.az xəbər verir ki, Neymar Jorjenin başını daz qırxıb.
Futbolçular "əməliyyat”dan sonra çəkilmiş şəkli "tvitter”də yerləşdiriblər.
Braziliya yığması DÇ-2018-ə vəsiqəni təmin edib. Onlar seçmə
mərhələdə son oyunu oktyabrın 11-də Çiliyə qarşı keçirəcəklər.