Messiyə deyir ki, üzr istə
Argentinanın İdman Arbitraj Məhkəməsinin üzvü Qustava Abreu Lionel
Messiyə məsləhət verib.
Kaspi.az xəbər verir ki, Qustavo Leoya tövsiyə edib ki, KONMEBOL-un
ünvanına işlətdiyi ifadələrə görə üzr istəsin. O, Messinin cəzadan yalnız üzr
istəməklə yayına biləcəyini bildirib:
"Messiyə qarşı snaksiya tətbiq etmək istəyirlər. Ona məsləhət görərdim
ki, işlətdiyi ifadələrə görə üzr istəsin. Leo üzr istəməlidir ki, onu
cəzalandırmasınlar”.
Qeyd edək ki, Messi Amerika kubokunda hakimlərin Braziliya yığmasına
işlədiklərini, KONMEBOL-un isə korrupsiyaya uğradığını bildirmişdi.