Məşhur agent onun gedəcəyini deyir
Məşhur futbol agenti Mino Rayola İtaliya futbolu barədə də danışıb.
Kaspi.az xəbər verir ki, Rayola "Milan”ın layihəsini kəskin tənqid
edib. O, Dibalanın da gec-tez "Yuventus”dan ayrılacağını bildirib:
"Milan”ın idman direktoru Marko Fassone, idman direktoru Massimilano
Mirabelli ilə heç bir problemim yoxdu.
Mənim yalnız bir problemim var - onların layihələrinin uğurlu olacağına
inanmıram.
Hesab edirəm ki, Dibala gec və ya tez, "Yuventus”u tərk edəcək. Onun
yaşında lider olmaq asan iş deyil. Mən onu "Real”da və ya "Mançester
Yunayted”də, "Siti”də görürəm. Bu
komandalarda o, uğurlu çıxış edər”.