• cümə, 26 Aprel, 06:52
  • Baku Bakı 12°C

“Mançester Yunayted”in əsas transfer hədəfi odur

11.05.17 14:45 1013
“Mançester Yunayted”in əsas transfer hədəfi odur
"Mançester Yunayted”in yayda əsas transfer hədəfi bəlli olub.
Kaspi.az xəbər verir ki, "qırmızı şeytanlar” "Everton”un hücumçusu Romelu Lukakunu transfer etməyi planlaşdırır. MY-in baş məşqçisi Joze Mourinyo nəyin bahasına olursa-olsun, 24 yaşlı belçikalını heyətdə görmək istəyir.
"Mançester Yunayted” hücumçuya görə "Evertona” 85 milyon funt təklif edir. Lukakunun özünə isə həftəlik 230 min funt məvacib vəd edilir.
Lukaku ilə "Çelsi” də maraqlanır. Bir müddət əvvəl məlumat yayılmışdı ki, "Everton” hücumçunu 100 milyon funta satmağa hazırdır.
banner

Oxşar Xəbərlər