• cümə, 26 Aprel, 19:17
  • Baku Bakı 22°C

Kosta-Rika dörddə bir finala çıxdı

30.06.14 08:21 1204
Kosta-Rika dörddə bir finala çıxdı
Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
İyunun 29-da Recife şəhərindəki "Pernambuco” stadionunda mundialın pley-off mərhələsi çərçivəsində Kosta-Rika və Yunanıstan milli komandaları qarşılaşıb.
Kosta-Rika millisinin heyətində meydana Keylor Navas, Giancarlo Qonzales, Miçael Umana, Celos Borges, Oskar Duarte, Kristian Bolanos, Joel Kampell, Brayn Ruiz, Junior Diaz, Kristian Gamboa və Yeltsin Tejeda çıxıblar.
Yunanıstan millisinin ilk on birliyinində Orestis Karnezis, İonnis Maniatis, Konstantinos Manolas, Georgis Samaras, Georgis Karagounis, Dimitrios Salpingidis, Vasileios Torosidis, Lazaros Kristodoulopoulus, Sokratis Papastathopoulos, Jose Çolevas və Andreas Samaras yer alıb.
Avstraliyalı baş hakim Benjamin Villiams idarə etdiyi oyunun ilk hissəsində hesab açılmadı. Matçın 52-ci dəqiqəsində kosta-rikalı futbolçu Brayn Ruiz fərqləndi. Görüşün ikinci hissəsinə əlavə olunmuş vaxtda yunanıstanlı Sokratis Papastathopoulos hesabı bərabərləşib – 1:1.
Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəldi və dörddəbir finala yüksəldi.
Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də keçiriləcəkdir.
banner

Oxşar Xəbərlər