• cümə, 26 Aprel, 10:36
  • Baku Bakı 12°C

Konte müqaviləni uzadacaq - Cəmisi bir şərti var

10.05.17 12:00 932
Konte müqaviləni uzadacaq - Cəmisi bir şərti var
"Çelsi”nin baş məşqçisi Antonio Konte klubla müqaviləsini uzatmağa hazırdı.
Kaspi.az xəbər verir ki, Kontenin bunun üçün cəmisi bir şərti var. O, köməkçi-məşqçini özü seçmək istəyir. Hazırda bu postda çalışan Stiv Holland yayda İngiltərə yığmasına üz tutacaq.
Konte yeni köməkçi-məşqçinin özünün tanıdığı şəxs olmasını istəyir. Onun bu istəyi yerinə yetirilsə, italyan mütəxəssis müqaviləsini uzadacaq. Yeni müqaviləyə görə, onun məvacibi də artırılacaq.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Kontenin xidmətində "İnter” maraqlıdır. Milan klubu ona illik 15 milyon avro məvacib təklif edib.
banner

Oxşar Xəbərlər