AZE | RUS | ENG |


İslamiada: futbol millimiz finala çıxdı

İslamiada: futbol millimiz finala çıxdı
IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, U-23 millimiz adını artıq finala yazdırmağı bacarıb.
 
Mübarizəyə A qrupunda başlayan Yaşar Vahabzadənin yetirmələri keçirdikləri 3 görüşün 1-də qələbə qazanıb, 2-də isə heç-heçə edərək, yarımfinala adlamışdılar. Qrupda aktivinə 5 xal yazdıran və qapısında top görməyən Azərbaycan yığması digər qrupun lideri Əlcəzairi sınağa çəkib.
 
Komandamız hər hissədə bir qol vuraraq, yoluna davam edib. Ev sahiblərinin qollarına "Neftçi”nin futbolçuları Ruslan Abışov və Məqsəd İsayev imza atıblar. İslamiadada hələ də qapısının toxunulmazlığını qoruyan millimiz mayın 21-də final qarşılaşmasına çıxacaq.
 
Həlledici görüşdəki rəqib Kamerun – Oman cütünün qalibi olacaq.
 
İslam Həmrəylik Oyunları
Futbol
Yarımfinal
 
Əlcəzair – Azərbaycan - 0:2
 
Qollar: Ruslan Abışov, 39; Məqsəd İsayev, 58
 
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
 
Baş məşqçi: Yaşar Vahabzadə 
"Dalğa Arena"





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN