İmtahana getmədi - Yığmaya görə
"Milan”ın qapıçısı Canluici Donnaruma İtaliyanın U-21 yığmasının
heyətinə cəlb edilib.
Kaspi.az xəbər verir ki, bir müddət əvvəl Donnarummanın yığmadan
kənarda qalacağı barədə məlumat verilmişdi. Onun kollecdə imtahanların olduğu
bildirilirdi. Ən son məlumata görə, qapıçı yığma ilə gənclər arasında Avropa
çempionatında iştirak etmək üçün imtahanlarda iştirakdan imtina edib.
Gənclər arasında Avropa çempionatı Çexiyada keçiriləcək. İtaliya ilk
oyununu iyunun 18-də Danimarkaya qarşı keçirəcək. İtaliyanın qrupunda Almaniya
və Çexiya da yer alıb.