Futbolun 90 illik adəti
Və ya
qarşılıqlı hörmət anlayışını kimlər məhv etdi?
Futbol
oyunlarının ənənəvi adətlərindən biri də qarşılaşmadan sonra oyunçuların
formalarını dəyişməsidir. Bəs bu adət ilk dəfə necə formalaşıb?
Kaspi.az
xəbər verir ki, 1931-ci ildə Fransa yığması İngiltərə ilə qarşılaşıb. Oyun
fransızların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, Fransanın İngiltərə üzərində
ilk qələbəsi olub.
Oyundan
sonra fransızlar rəqibdən formaları dəyişməyi xahiş ediblər. Həmin vaxtdan
yaranan bu adət həm də qarşılıqlı hörmətin təzahürü kimi formalaşıb.
Ancaq
futbol tarixində bu tendensiyanın əksi də baş verib. Onlardan biri də 1966-ci
ildə keçirilən dünya çempionatında oynanılan İngiltərə - Argentina arasındakı
qarşılaşmada olub. Folklend adalarına görə bu ölkələr arasında siyasi münasibət
həmişə gərgin olub. DÇ-1966-da İngiltərə 1/4 finalda Argentinaya qalib gəlib.
Qarşılaşmadan sonra futbolçular formaları dəyişmək istəyiblər. Bu vaxt İngiltərə
yığmasının baş məşqçisi Alf Remsi meydana qaçaraq formaları dəyişməyi
futbolçularına qadağan edib.
Argentina
20 il sonra – DÇ-1986-da Maradonanın əllə vurduğu qolla ingilislərin bu
kobudluğuna cavab verib.
Zaman
keçdikcə forma dəyişməsi adətində qarşılıqlı hörmət anlayışı itir. Bu da çox
zaman azarkeşlərin təzyiqi üzündən baş verir. "Arsenal”ın sabiq futbolçusu
Andre Santos məhz bu təzyiqin qurbanı olub.
2010-cu
ildə "Mançester Yunayted” "Arsenal”la qarşılaşırdı. İlk hissədən sonra MY 1:0
hesabı ilə qalib gəlirdi. Qolu da bir müddət əvvəl "Arsenal”dan "Mançester
Yunayted”ə keçən Robin van Persi vurmuşdu.
Fasilədə
Santos Van Persidən formasını istədi. Bu da "Arsenal”ın fanatlarını bərk qəzəbləndirdi.
Onlar futbolçunun bu hərəkətini satqınlıq kimi qəbul etdilər. Məhz bu istəyi
Santosun karyerasını məhv etdi. Mənəvi və psixoloji cəhətdən sındırılan
futbolçu özünü "Arsenal”da heç cür göstərə bilmədi və "Qremio”ya icarəyə
verildi.