Futbolçuların evlərini qarət edən banda tutuldu
İspaniya polisi
futbolçuların evlərini qarət edən bandanı zərərsizləşdirib.
Kaspi.az xəbər
verir ki, əməliyyat nəticəsində 4 nəfər həbs edilib. Polis əməliyyatı Madriddə
Toledoda aparıb. Hıbs olunanlardan biri 2007-ci ildə zorakılığa görə ittiham
olunub.
Banda "Real”ın və
"Atletiko”nun futbolçularının – Kazemiro, İsko, Moratanın mənzillərini qarət
edib. Onların əməllərindən "Real”ın baş məşqçisi Zinəddin Zidan da zərər çəkib.
Banda üzvləri
"Atletiko”nun futbolçusu Tomas Parteyunun mənzilini iki dəfə qarət edib.