• cümə, 26 Aprel, 07:20
  • Baku Bakı 12°C

Futbol üzrə Azərbaycan kuboku: son yarımfinalçı məlum olub

21.12.19 10:45 588
Futbol üzrə Azərbaycan kuboku: son yarımfinalçı məlum olub
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
AZƏRTACxəbər verir ki, dörddəbir final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli komandasını önə çıxardıb. Görüşün 40-cı dəqiqəsində isə Xayme Romero "Keşlə"ni yenidən mərkəzə dəvət edib. Oyunun 67-ci dəqiqəsində Xəzər Mahmudov fərqi azalda bilib. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Toral Bayramlı fərqi daha da artırıb.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.
Digər yarımfinalda isə "Zirə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları aprelin 22-si və 29-da keçiriləcək.
banner

Oxşar Xəbərlər