• cümə, 26 Aprel, 17:17
  • Baku Bakı 23°C

“Foqtsun getməsini istəməzdim“

15.11.13 09:30 1140
“Foqtsun getməsini istəməzdim“
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Estoniya ilə matç öncəsi komandada atmosfer necədi?
- Döyüşkən. Təəssüf ki, bəzi zədəli futbolçularımız var. Bu oyunda aparıcı futbolçularımızın hamısı çıxış etməyəcək. Amma bütövlükdə hər şey yaxşıdı.
- Komandada yeni futbolçu var - Taşkın İlter. O, necə təsir bağışlayır?
- Biz hələlik cəmi üç məşqə çıxmışıq. Ona görə bu məşqlərə əsasən hansısa futbolçu barədə fikir yürütmək çətindi. Amma arzulu, istəkli olması xoşuma gəlir. Mənə elə gəlir ki, oyunlarda da elə çalışsa, özünü göstərə biləcək.
- Estoniya ilə oyuna Bakıda hazırlaşmısız. Tallində isə hava çox soyuqdu. Bu matçın Bakıda keçirilməsini istərdinizmi?
- Birincisi, bu, AFFA rəhbərliyinin və məşqçilərimizin işidi. Əlbəttə, səfərə yollanmaq, fərqli hava şəraitində oynamaq sözünü deyəcək. Amma bu, bizim işimizdi. Harda deyirlərsə, orda da oynamalıyıq. İkincisi, səfərdə oynamağımızın ciddi bir fərqi yoxdu.
- Berti Foqtsun yığmamızdakı fəaliyyəti başa çatmaq üzrədi...
- Onun getməsini istəməzdim. Əlbəttə, buna biz qərar vermirik. Amma son illərdə o, komandamızı yaxşıca öyrənə bilib. Bütün futbolçularımızın nəyə qadir olduğunu yaxşı bilir. Yeni baş məşqçiyə isə bunlar üçün vaxt lazım olacaq.
- "Xəzər Lənkəran"da nələr baş verir?
- Əgər bizim oyunlarımıza baxmısızsa, görərsiz ki, biz sərgilədiyimiz futbola görə heç bir rəqibdən geri qalmamışıq. Sadəcə, nəticə qazana bilmirik, bəxtimiz gətirmir.
- Bəs vəziyyəti düzəltmək üçün nəyi dəyişmək lazımdı? Baş məşqçini?
- Buna futbolçular qərar vermirlər. Toşak təcrübəli mütəxəssisdi. Öz işini yaxşı bilir.
- Bəs XL bundan sonra nə üçün mübarizə aparacaq?
- Avrokuboklara vəsiqə uğrunda. Əminəm ki, komandamız medallar uğrunda mübarizə apara və istəyinə çata bilər. Hələ ölkə kuboku da var. Hər iki turnirə ciddi köklənmişik.
banner

Oxşar Xəbərlər