• cümə, 26 Aprel, 08:52
  • Baku Bakı 12°C

Əmindir ki, o, “Real”ın baş məşqçisi olacaq

30.10.19 16:00 1906
Əmindir ki, o, “Real”ın baş məşqçisi olacaq
"Real”ın baş məşqçisi Zinəddin Zidan özünün xələfinin kim ola biləcəyinə işarə edib.
Kaspi.az xəbər verir ki, Zidan Raul Qonsalesin nə vaxtsa "Real”ın baş məşqçisi olacağına əmin olduğunu vurğulayıb:
"Raulun "Real”ın heyətində meydana çıxdığı ilk oyundan 25 il keçib. Bu o deməkdir ki, biz bir qədər qocalmışıq.
Onunla bir yerdə oynamışam. O, bu möhtəşəm klubun əsas simalarından biri idi. Əminəm, Raul nə vaxtsa "Real”ın baş məşqçisi olacaq”.
Raul hazırda "Real”ın əvəzedici komandası "Kastilya”nı çalışdırır.
banner

Oxşar Xəbərlər