• cümə, 26 Aprel, 20:51
  • Baku Bakı 22°C

Əfsanəvi futbolçunun rekordunu qırdı

26.09.17 11:10 1307
Əfsanəvi futbolçunun rekordunu qırdı
İngiltərə Premyer Liqasının 6-cı turunda "Arsenal” "Vest Bromviç”ə 2:0 hesabı ilə qalib gəlib.
Kaspi.az xəbər verir ki, bu qarşılaşmada Premyer Liqanın yeni rekordu da müəyyənləşib. Rekord göstəricini isə "Vest Bromviç”in kapitanı Qaret Barri müəyyənləşdirib.
Barri "Arsenal”la oyunda Premyer Liqada 633-cü oyununu keçirib. O, "Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqzin göstəricisini təzələyib. Giqqz 632 oyun keçirib.
Barri "Vest Bromviç”ə 2017-ci ilin yayında keçib. Buna qədər isə o, "Aston Villa”nın (1998-2009), "Mançester Siti”nin (2009-2013) və "Everton”un (2013-2017) şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər