• cümə, 26 Aprel, 11:26
  • Baku Bakı 12°C

Dibala Alleqrini söyüb?

23.10.17 12:10 2285
Dibala Alleqrini söyüb?
"Yuventus”un futbolçusu Paulo Dibalanın komandanın baş məşqçisi Massimiliano Alleqrini təhqir etdiyi bildirilir.
Kaspi.az xəbər verir ki, hadisə "Udineze” ilə səfər oyununda (6:2) baş verib. İtaliya mətbuatının iddiasına görə, Dibala əvəzlənməsindən narazı qalıb.
Alleqri onu qarşılaşmanın 67-ci dəqiqəsində əvəzləyib. Ehtiyat oyunçular skamyasında oturan Dibala baş məşqçini söyüb. Alleqri onun söyüşünü birbaşa eşitməyib, yalnız mətbuatda yazılanlardan sonra xəbər tutub.
banner

Oxşar Xəbərlər