Dələduzluqla üzləşib
PSJ-nin
futbolçusu Kilian Mbappe dələduzluğun qurbanı olub.
Kaspi.az
xəbər verir ki, Mbappenin obrazından
kriptovalyutanın – bitkoinin reklamında istifadə olunub. Amma
futbolçunun özünün bundan xəbəri olmayıb.
Məsələdən
xəbər tutan Mbappe vəkilləri ilə məsləhətləşib və məhkəməyə müraciət etmək niyyətindədir.
O, cari
mövsümdə Fransa çempionatında 20 oyun keçirib, 18 qol vurub, 5 qol ötürməsi
edib.