Dalaşdılar, anasının sevgilisi xəstəxanaya yerləşdirildi
PSJ-nin
futbolçusu Neymarın anasının sevgilisi, kiberidmançı Tyaqo Roamos xəstəxanaya
yerləşdirilib.
Kaspi.az xəbər
verir ki, o, əli kəsildiyi üçün xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.
Məlumata görə, Tyaqo iyunun 2-də xəstəxanaya gətirilib.
Amma yara ciddi
olduğu üçün onu başqa xəstəxanaya köçürüblər. Onun sağ əlinə 12 tikiş atıblar.
Səhəri gün Tyaqo xəstəxanadan evə buraxılıb.
Neymarın nümayəndəsi
bildirib ki, Tyaqo mətbəxdə baş verən təsadüfi hadisə nəticəsində yaralanıb.
Amma qonşular deyirlər ki, Neymarın anası ilə Tyaqonun mübahisə ediblər. Onlar
Nadinin qışqırdığını eşidiblər.