• cümə, 26 Aprel, 23:38
  • Baku Bakı 22°C

DÇ-2018: Avropa zonasında V turun növbəti oyunları keçirilib

26.03.17 09:23 1054
DÇ-2018: Avropa zonasında V turun növbəti oyunları keçirilib
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə A, B və H qruplarındakı komandalar üz-üzə gəliblər.
A qrupunda iddialılar sınağa çıxıblar. Fransa Lüksemburq səfərində rahat qələbə qazanıbsa, Hollandiya Bolqarıstanaonun meydanında uduzub. İsveç isə Belarusu darmadağın edib.
B qrupunda isə lider İsveçrənin izləyiciləri Portuqaliya ilə Macarıstan münasibətlərinə aydınlıq gətiriblər. Ronaldo və dostları qalib gəliblər. İsveçrə özü isə Latviyanı xalsız qoyub.
H qrupunda mərkəzi oyunda BelçikaYunanıstanla xalları bölüb.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, V tur
25 mart
A qrupu
İsveç – Belarus - 4:0
Qollar:Forsberq, 19(pen.), 49, Berq, 57, Telin, 78
Lüksemburq – Fransa - 1:3
Qollar:Yoahim, 32 (pen.) - Jiru, 28, 77, Qrizman, 37 (pen.)
Bolqarıstan – Hollandiya - 2:0
Qollar:Delev, 5, 20
B qrupu
Andorra – Farer adaları - 0:0
İsveçrə - Latviya - 1:0
Qol:Drmiç, 66
Portuqaliya – Macarıstan-3:0
Qollar:Andre Silva, 32, Ronaldo, 36, 65
H qrupu
Bosniya və Herseqovina – Cəbəllütariq - 5:0
Qollar:İbişeviç, 4, 43, Vrasayeviç, 52, Edin Viska, 56, Biçakçik, 90+4
Kipr – Estoniya - 0:0
Belçika – Yunanıstan-1:1
Qol:Lukaku, 89 - Mitroğlu, 46
banner

Oxşar Xəbərlər