Cənubi Amerika kubokunu Argentina klubu qazandı
Cənubi Amerika kubokunun qalibi bəlli olub.
Kaspi.az xəbər verir ki, finalda Argentinanın "İndependyenta” klubu
ilə Braziliya "Flamenqo”su ilə
qarşılaşıb. İlk oyun Argentinada keçirilmiş və meydan sahiblərinin 2:1 hesablı
qələbəsilə yekunlaşmışdı.
Cavab oyununda 1:1 hesabı qeydə alınıb. Hesabı oyunun 30-cu
dəqiqəsində "Flamenqo”nun müdafiəçisi Lukas Paketa açıb. 10 dəqiqə sonra isə
Esekiel Barko penalti zərbəsi ilə yekun nəticəni müəyyənləşdirib.
"İndependyenta” tarixində ikinci dəfə Cənubi /Amerika kubokuna sahib
çıxıb. Komanda ilk dəfə 2010-cu ildə mükafata sahib çıxmışdı.