AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Böyük dəbilqə”: Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə qoşulur

“Böyük dəbilqə”: Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə qoşulur

İdman
25 Oktyabr 2020, 11:00 187
Budapeştdə keçirilən "Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycanın daha 6 cüdoçusu mübarizəyə başlayır.
 
AZƏRTAС xəbər verir ki, Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (100 kiloqram), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) bu gün medallar uğrunda mübarizə aparacaqlar.
 
Qeyd edək ki, turnirin birinci və ikinci yarış günlərində yığma komandamızın üzvləri Rüstəm Orucov (73 kiloqram) qızıl, Orxan Səfərov (66 kiloqram) bürünc medal qazanıblar.
 
Azərbaycan "Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.