• cümə, 26 Aprel, 13:12
  • Baku Bakı 23°C

Buffon və azarkeşlər naminə qələbə

10.05.17 10:40 903
Buffon və azarkeşlər naminə qələbə
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının yarımfinalında "Monako” ilə keçirilən cavab qarşılaşmasından (2:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Alleqri "Monako”nun əla futbol sərgilədiyini vurğulayıb. O, bu dəfə ÇL-in finalında qələbə qazanacaqlarına inandığını da deyib:
"Monako”nun haqqını vermək lazımdı. Bu komanda olduqca keyfiyyətli oyun sərgilədi. Bu istedadlı uşaqlar hər cür tərifə layiqdirlər.
İnanıram ki, bu dəfə Buffon və azarkeşlərimiz naminə finalda qalib gələcəyik. Hazırda biz heç bir tutula sahib olmamışıq. Ona görə də sabahdan çempionat barədə düşünəcəyik.
Mənə tərif söyləmək lazım deyil. Sadəcə, böyük həvəslə öz işimi görürəm. Və bütün bunları heyətdə olan futbolçuların sayəsində edirəm.
Son 3 ildə ikinci dəfə finala çıxmaq asan deyil. Buna görə də "Yuventus”un futbolçularını təbrik etmək lazımdı”.
banner

Oxşar Xəbərlər