• cümə, 26 Aprel, 07:48
  • Baku Bakı 12°C

Bu, insanlar üçün deyil - Mourinyo

01.05.17 13:40 962
Bu, insanlar üçün deyil - Mourinyo
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 35-ci turunda "Suonsi” ilə keçirilən oyundan (1:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo aprel ayının təqvimindən gileylənib. O, həddindən artıq yorğun və üzgün olduqlarını vurğulayıb:
"Bu gün xallar və oyunçular itirdik. Biz yorğun və üzgün təsiri bağışlamırdıq, həddindən artıq yorğun və üzgün idik. Bu gün aprel ayında 9-cu oyunumuzu keçirdik. Bu, insanlar üçün deyil.
Komandanın 22-23 futbolçusundan cəmisi 14-ü sağlamdır. Futbolçularım çox yorulub. Ona görə də, futbolçularımı tənqid etməyəcəyəm. Əksinə, onlardan razı qaldığımı deyəcəyəm”.
banner

Oxşar Xəbərlər